Rusiyalı idmançı yarış zamanı vəfat etdi

23:00 - 31 Mart 2024

Rusiyalı idmançı yarış zamanı vəfat etdi

Skeytross üzrə Rusiya çempionu Roman Boqrets martın 30-da keçirilən yarışda ağır xəsarət alıb və dünyasını dəyişib.

 

Manset.az Ou.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Roller İdmanı Federasiyası məlumat yayıb.

“Təəssüf ki, martın 30-da Sankt-Peterburqda kross üzrə keçirilən yarışda Roman ölümcül xəsarətlər alıb. Bu qəzanın acı nəticəsi bizim hamımız üçün sürpriz və şok oldu”, - deyə Federasiyadan əlavə ediblər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin