Lüks saatları ucbatından Peru prezidentinin evinə polis basqın etdi

09:58 - 1 Aprel 2024

Lüks saatları ucbatından Peru prezidentinin evinə polis basqın etdi

Perunun ilk qadın prezidenti Dina Boluartenin evinə gecə saatlarında Peru polisi basqın edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peruda "lüks saat" araşdırması çərçivəsində baş prokurorluğun göstərişi ilə polis Boluartenin evini mühasirəyə alıb və qapını sındırıb.

Əməliyyat zamanı Boulartenin mal varlığı kimi bəyan etmədiyi lüks saatları axtarılıb.

Basqın zamanı Boluartenin evdə olmadığı öyrənilib.

Basqından sonra bir araya gələn Nazirlər Şurası heç bir açıqlama verməyib. Peru parlament konqres üzvləri məsələ ilə bağlı açıqlama vermək üçün prezident Dina Boluarteni kürsüyə dəvət ediblər. Mövzu ilə bağlı açıqlama verən Boluartenin vəkili "Prezident hazırda oğlunun evindədir, hadisə yerinə getməyib. Prokurorlar ittihamı davam etdirməyə çalışırlar, prezident onsuz da ifadə verəcəkdi" deyib.

Uzun axtarışdan sonra sözügedən saatların olub-olmadığı barədə məlumat verilməyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin