Malayziyada üzərində "Allah" yazılmış corabların satıldığı bazara molotof hücumu

10:28 - 1 Aprel 2024

Malayziyada üzərində

Malayziyanın Pahang əyalətinin şərqindəki Kuantan bölgəsindəki KK Supermart filialında satılan üzərində “Allah” yazılmış corabların fotoları sosial mediada yayılaraq böyük səs-küyə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fotolar sosial mediada viral olduqdan sonra supermarketə molotof kokteyli ilə hücum edilib.

Polis hücum edənlərin hələlik müəyyən edilmədiyini və bölgədə geniş miqyaslı istintaq başladıldığını bildirib.

Ölkənin ikinci ən böyük mini marketlər şəbəkəsi olan KK Supermart üzr istəyib və məsələni ciddiyə aldığını və satışı dayandırmaq üçün hərəkətə keçdiklərini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin