Ahmet Kayanın filmi bu tarixdə nümayiş olunacaq - VİDEO

12:51 - 1 Aprel 2024

Ahmet Kayanın filmi bu tarixdə nümayiş olunacaq - VİDEO

Türkiyənin unudulmaz musiqi ikonlarından olan məşhur sənətçi Ahmet Kaya yerli seçkilərə bir gün qalmış yenidən gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sənətçinin mahnısını dinləyərkən duyğulanmasından sonra Kayanın həyatının son dövründən bəhs edən film aprelin 5-də bütün Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunacaq.

Türk kinosunda bioqrafiya janrında maraqla gözlənilən “İki Gözüm Ahmet: Sürgün” filmi X Yapım tərəfindən istehsal edilmişdir.

Rejissor Qani Rüzgar Şavatanın çəkdiyi filmdə sənət dünyamızda dərin iz qoyan Ahmet Kaya obrazını Özgür Tüzer canlandırıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin