Qazaxıstanda 14 minə yaxın insan təxliyə edildi

17:44 - 1 Aprel 2024

Qazaxıstanda 14 minə yaxın insan təxliyə edildi

Martın əvvəlindən Qazaxıstanda geniş daşqınlar səbəbindən mülki müdafiə mütəxəssisləri beş mini uşaq olmaqla, 14 minə yaxın insanı təxliyə etməli olublar.

 

Manset.az xəbər verir ki, ümumilikdə 13 659 nəfər xilas edilərək təhlükəsiz ərazilərə çatdırılıb, onlardan 5 250 nəfəri uşaqdır. 1 655 nəfər (o cümlədən 424 uşaq) helikopterlə təxliyə edilməli olub.

Aqtöbe, Qərbi Qazaxıstan, Akmola, Atırau və Kostanay vilayətlərində müvəqqəti yerləşdirmə mərkəzlərində 6 034 nəfər, o cümlədən 2 386 uşaq var.

Xilasedicilər kənd təsərrüfatı heyvanlarına da qulluq ediblər: 10 mindən çox heyvan təhlükəsiz yerlərə aparılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin