Şərurda baş verən yanğın söndürüldü

18:10 - 1 Aprel 2024

Şərurda baş verən yanğın söndürüldü

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Diyadin kəndində ot bağlamalarında yanğın başlaması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb edilib.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın daha geniş əraziyə yayılmadan söndürülüb.


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin