“Sabah” “Ravenna Cup”da 5-ci oldu

08:05 - 2 Aprel 2024

“Sabah” “Ravenna Cup”da 5-ci oldu

İtaliyanın Ravenna şəhərində, "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası son oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Azərbaycan komandası pley-off mərhələsində İtaliyanın "Monteserra" klubuyla qarşılaşıb.

Qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub. 

"Monteserra" yarışın qalibi olub. “Sabah” isə "Ravenna Cup"ı 35 komanda arasında 5-ci pillədə başa vurub.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin