Putinin G20 sammitinə səfərini təşkil etmək istəyir

01:02 - 2 Aprel 2024

Putinin G20 sammitinə səfərini təşkil etmək istəyir

Braziliya hakimiyyəti və Prezident Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin “həbs olunmasına” dair mövcud orderinə baxmayaraq, G20 sammitinə səfərini təşkil etmək istəyir.

 

Manset.az  xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Lula da Silva hökuməti beynəlxalq həbs qərarı olmasına baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin Braziliyaya səfərini dəstəkləyən hüquqi arqumentlərlə rəy təqdim edib”, – nəşr yazır.

Qeyd olunur ki, dövlət başçılarına toxunulmazlıq təklif edən sənəd 2023-cü ilin noyabrında BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Braziliyada keçiriləcək G20 sammitinə səfərinin mümkünlüyünün hələlik nəzərdən keçirilmədiyini bildirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin