Türkmənistan Xəzəryanı ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

00:00 - 2 Aprel 2024

Türkmənistan Xəzəryanı ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər dənizi məsələləri üzrə İdarələrarası Komissiyanın 61-ci iclası keçirilib.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İclasın əsas mövzusu Xəzər regionunda əməkdaşlığın əsas istiqamətləri üzrə 2024-cü il üçün Fəaliyyət Planının müzakirəsi olub.

İclas iştirakçılarının qeyd etdiyi kimi, sözügedən sənəd iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat, ekologiya və beynəlxalq tədbirləri əhatə edir. Bu kontekstdə ekoloji diplomatiyanın həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Türkmənistan XİN vurğulayıb ki, Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə ölkə Xəzərin hüquqi statusu ilə bağlı balanslaşdırılmış qərarların hazırlanmasında ardıcıl olaraq fəal mövqe tutur. Aşqabad regionda çoxtərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının formalaşmasına mühüm töhfə verib.

İdarələrarası Komissiyanın tərkibinə daxil olan nazirlik və idarələrin rəhbərləri beynəlxalq hüquq normaları çərçivəsində Xəzəryanı dövlətlərlə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Xəzər regionunda dostluq, mehriban qonşuluq və geniş tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi Aşqabad üçün prioritet olaraq qalacaq.


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin