Otelin altından 640 illik qala tapıldı

12:52 - 2 Aprel 2024

Otelin altından 640 illik qala tapıldı

Fransanın qərbindəki Vannes bölgəsində arxeoloqlar yaxın vaxtlara qədər fəaliyyət göstərən “Lagorce” adlı hotelin həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapdıqlarını açıqlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qala 1380-ci illərdə Brittany Hersoqu IV John tərəfindən tikilmişdir.

Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutu (INRAP) martın 26-da dərc etdiyi press-relizdə arxeoloqların aparılan qazıntılar zamanı qala xarabalıqlarının nə qədər yaxşı qorunduğuna təəccübləndiklərini açıqlayıb.

Hersoqun qaldığı evin qalın divarları, çoxsaylı pilləkənləri və xəndəkləri olduğu açıqlanıb.

Aşkar edilənlər arasında qalanın gündəlik həyatı əks etdirən paltarlar, asma qıfıllar, sikkələr, mətbəx texnikası və zinət əşyalarının da olduğu bildirilib.

Onun eni 42 metrə 17 metr, divarlarının qalınlığının isə 5,5 metr olduğu bildirilib.

Hündürlüyü 3-4 mərtəbəyə çatan drenaj boruları və tualetlər də aşkar edilənlər arasındadır.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin