İsveçdə dəfələrlə “Qurani-Kərim”i hədəf alan təxribatçıya nə oldu?

13:36 - 2 Aprel 2024

İsveçdə dəfələrlə “Qurani-Kərim”i hədəf alan təxribatçıya nə oldu?

İsveçdə Qurani-Kərimə qarşı çirkin hücumları ilə tanınan irqçi və İslam əleyhdarı Salvan Momikanın sığınacaq istədiyi Norveçdə ölü tapıldığı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Momikanın vəfat etdiyi iddiaları ilə bağlı Norveç hökumətindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Salvan Momikanın deportasiya qərarı İmmiqrasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdi. Momika İmmiqrasiya Apellyasiya Məhkəməsinin qərarından sonra İsveçi tərk edərək Norveçə getdiyini və Norveçdən sığınacaq istəyəcəyini bildirmişdi. İmmiqrasiya İdarəsi isə 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini açıqlamışdı.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin