İsrailin konsulluğa hücumuna Rəisi reaksiya verdi: Cavabsız qalmayacaq

14:11 - 2 Aprel 2024

İsrailin konsulluğa hücumuna Rəisi reaksiya verdi: Cavabsız qalmayacaq

İran prezidenti İbrahim Rəisi İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına hücumu ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rəisi, İsrailin uğursuzluğa düçar olduğunu və gündəmini “sui-qəsdlərlə” doldurduğunu vurğulayıb.

Rəisi açıqlamasında, “Müqavimət Cəbhəsi mücahidlərinin əqidə və iradəsinə qarşı dəfələrlə məğlub olan və uğursuzluğa düçar olan sionist rejim özünü xilas etmə mübarizəsində sui-qəsdləri gündəmə gətirir. Lakin bilməlidir ki, bu cür qeyri-insani tədbirlərlə heç vaxt öz pis məqsədlərinə çatmayacaq. Gündən-günə müqavimət cəbhəsinin güclənməsinin və azad xalqların qeyri-qanuni təbiətinə qarşı ikrah və nifrətinin şahidi oluruq. Bu alçaq qətl cavabsız qalmayacaq” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin