Film kimi HƏYAT HEKAYƏSİ: 40 il əvvəl boşandığı ərini Ahıllar evində tapdı… – VİDEOREPORTAJ

14:30 - 2 Aprel 2024

Film kimi HƏYAT HEKAYƏSİ: 40 il əvvəl boşandığı ərini Ahıllar evində tapdı… – VİDEOREPORTAJ

Kimsəsizlərin, küskünlərin, həyatın acı üzünü görənlərin sığınacaq yerində - “Qocalar evi”ndəyik. El dilində “Qocalar evi” adlanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 200-dən çox ahıl var. Onları bura gətirən səbəblər müxtəlifdir. 

Amma keçirdikləri hiss eynidir: tənhalıq... 

Bəziləri kövrəkdir, küskündür, bəziləri isə qürurundan incikliyini gizlətməyə çalışır. Çünki onlar üçün bura son dayanacaqdır və bu dayanacaqda sevdiklərindən, əzizlərindən uzaqdırlar.

Onlar dövlətin yaratdığı şəraitdən razı qalsalar da, danışmağa başlayanda qəlblərindəki nisgil gözlərindən axan yaşda özünü bəlli edir. 

“Qocalar evi”nin sakini Kifayət Vəlizadənin həyat hekayəsini dinləyirik. Keşməkeşli həyat yolu keçmiş Kifayət nənə başına gələn hadisələrdən və Ahıllar evinə gəldikdən sonra qarşılaşdığı sürprizdən danışıb. 

Manset.az daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajı təqdim edir:
 


 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin