Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
14:39 - 2 Aprel 2024
“Hazırda 60 mindən artıq işləyən pensiyaçımız var”.
Manset.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sosial şəbəkə hesabında canlı yayımda deyib.
O bildirib ki, əhalinin işləməyə daha çox meyilli olduğunu nəzərə alsaq, bu rəqəm getdikcə artacaq: “Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra hər il indeksasiya olunaraq artmış kapitalları pensiyalarının üzərinə gələcək. Bu gün bu müraciət əsasında həyata keçirilir. Hazırda elektron proqram da hazırlanır, düşünürəm ki, cari ildə biz onu istifadəyə verəcəyik. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Hər il bu hüquqdan istifadə edən 10-12 min vətəndaşımız var”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin