SON DƏQİQƏ! Kəmaləddin Heydərovdan yüksək vəzifələrə yeni təyinatlar

15:13 - 2 Aprel 2024

SON DƏQİQƏ! Kəmaləddin Heydərovdan yüksək vəzifələrə yeni təyinatlar

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leyenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin edilib.

Digər əmrlə isə FHN-nin Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov tutduğu vəzifədən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

Nazir, həmçinin FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini, mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin