Qobuda qanunsuz tikili söküldü - VİDEO

17:10 - 2 Aprel 2024

Qobuda qanunsuz tikili söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktını aşkar edib.

 

Bu barədə FHN-nin Mətbuat xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin