Futbol Federasiyasından hakim Melerə sürpriz vəzifə

17:35 - 2 Aprel 2024

Futbol Federasiyasından hakim Melerə sürpriz vəzifə

Türkiyə Futbol Federasiyası hakim Halil Umut Melerə yeni vəzifə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meler “İstanbulspor” – “Çaykur Rizespor” matçına VAR hakimi təyin edilib.

Qeyd edək ki, Superliqanın 30-cu həftəsində “Fənərbaxça”nın “Trabzonspor”a 3:2 hesabı ilə qalib gəldiyi və matçın sonlarında xaos yaşandığı oyunda fit çalan Halil Umut Melərə meydança vəzifəsi verilməməsi də diqqətdən yayınmayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin