Benzia Fransa klublarına rədd cavabı verməsinin səbəbini dedi

18:02 - 2 Aprel 2024

Benzia Fransa klublarına rədd cavabı verməsinin səbəbini dedi

"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa klublarından aldığı təklifləri geri çevirib.

 

Manset.az  “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, bunu yarımmüdafiəçinin özü deyib:

"Fransadan -  Liqa 2 təmsilçilərindən təkliflər almışdım. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".

Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Onun "köhlən atlar" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin