Mirzə Mirzəyev Baş İdarə rəisi təyin edildi - FOTO

18:11 - 2 Aprel 2024

Mirzə Mirzəyev Baş İdarə rəisi təyin edildi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni təyinat olub.

 

Manset.az xəbər verir ki, Mirzə Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu Baş İdarəsinə rəis təyin edilib.

Mirzə Mirzəyev bu vəzifədə Ələkbər Məmmədovu əvəz edib.

Qeyd edək ki, Mirzə Mirzəyev 2017-2018-ci illərdə Təhsil Nazirliyində Daxili auditin rəhbəri olub. O, sonuncu təyinatadək Dövlət Vergi Xidmətində Vergi auditi Baş İdarəsinin rəis müavini idi.



Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin