“Neftçi”dən “Qarabağ”a ağır məğlubiyyət- YENİLƏNDİ

22:00 - 2 Aprel 2024

“Neftçi”dən “Qarabağ”a ağır məğlubiyyət- YENİLƏNDİ

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olub. Görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" bu qələbə ilə mərhələnin taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, yarımfinal digər qarşılaşması sabah keçiriləcək.

Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.

2 aprel (çərşənbə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 0:4 

Qollar: Toral Bayramov, 14-pen., 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Zirə İdman Kompleksinin stadionu


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin