Ukraynalı idmançı müharibədə öldü

22:40 - 2 Aprel 2024

Ukraynalı idmançı müharibədə öldü

Ukraynalı boksçu, idman ustalığına namizəd Valeri Rodionov Rusiyaya qarşı müharibədə həlak olub.

 

Manset.az xəbər verir ki, onun 35 yaşı var idi. Ölümün səbəbi partlayış nəticəsində yaranan xəsarət olub.

“Ukraynanı rus işğalçılarından müdafiə edən boksçu Valeri Rodionov həlak olub. 19 dekabr 1988-ci ildə Sevastopolda anadan olub. Məktəb illərində boksla maraqlanıb və “Spartak” idman məktəbində oxumağa başlayıb. 1 avqust 2004-cü ildə boks üzrə idman ustası namizədi adını alıb. Krım Muxtar Respublikasının çempionatında birinci yerə layiq görülüb.

2006-cı ilin sentyabrında Valeri Kiyev Avropa Universitetinə daxil olub və burada hüquq təhsili aldı. Boks əlcəklərini basketbolla dəyişib. Və ikinci kursda komandası ilə birlikdə universitet fakültələri arasında basketbol turnirinin qalibi olub.

Eyni zamanda, 2008-ci ildə Ukrayna Milli Müdafiə Akademiyasında hazırlığa başlayıb. 8 noyabr 2011-ci ildə kiçik leytenant rütbəsinə layiq görülmüş, iyun ayında isə “Hüquqşünaslıq” ixtisası üzrə tam ali təhsil diplomu almışdır. 15 mart 2024-cü ildə Valeri Rodionov döyüş tapşırığı zamanı ölüb.

Martın 24-də Qəhrəmanı Kiyevə son səfərə yola salıblar. Evdə valideynləri, bacısı və sevimli həyat yoldaşı onu son ana qədər gözləyirdilər…”, – deyə Ukrayna İdman Komitəsinin açıqlamasında bildirilir.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin