63 yaşlı kahin 12 yaşlı qızla evləndi

23:22 - 2 Aprel 2024

63 yaşlı kahin 12 yaşlı qızla evləndi

Qanada 63 yaşlı kahin 12 yaşlı qızla evlənib.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Mediada yayılan məlumata görə, Qborbu Vulom adlı şəxs 12 yaşlı Naa Okromo ilə evlənib. Toy iştirakçılarının biri bildirib ki, nikah köhnə yerli adət-ənənə ilə baş tutub. Ədət-ənənəyə əsasən kahin bakirə qızla evlənməlidir. Bundan əlavə, afrikalı kahin gəlini onun altı yaşı olarkən seçib.

İndi Naa "təmizlənməyə" həsr olunmuş başqa bir mərasimdə iştirak etməlidir. Bundan sonra o, arvadlıq vəzifələrini yerinə yetirə və uşaq dünyaya gətirə biləcək. 

Bütün yerli sakinlər kahinin seçiminə dəstək verməsələr də, ağsaqqallar insanları sakitləşdirməyə çalışıb.

"O, hələ məktəbdədir və əri ilə yaşamır. Bu, qanuni nikah yaşına qədər davam edəcək", deyə məlumatda bildirilir.
 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin