Acun: “Bu xaosun səbəbi türk hakimlərdir” - VİDEO

12:46 - 3 Aprel 2024

Acun: “Bu xaosun səbəbi türk hakimlərdir” - VİDEO

Türkiyəli iş adamı, "TV 8" kanalının rəhbəri, prodüser-aparıcı Acun Ilıcalı "Fənərbaxça"nın Növbədənkənar Ümumi Yığıncağında müzakirələrə səbəb olacaq açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Acun türk hakimlərinə inanmadığını bildirib.

Ilıcalı çıxışında, “Türkiyə Liqasının taleyini hakimin əhval-ruhiyyəsi həll edəcək? Adam bəlkə tətil xəyalı qurur! Nə düşündüyünü bilmirik. əgər bu iki hakim, “qərarımızın arxasındayıq” desələr, problem olmaz. Amma ekranda gördüyü mövqeyə bir həftə sonra penalti deyil deyirsə, burada başqa bir məqsəd var, burada nəsə baş verir. Bu andan etibarən türk hakimlərə inanmıram. Heç vaxt da ianmayacağam” deyib.

Əfsanə Rəcəb

Manşet.az  


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin