İbrahim Tatlısəsin “Evləndim” xəbərinin altından fərqli bir şey çıxdı

13:27 - 3 Aprel 2024

İbrahim Tatlısəsin “Evləndim” xəbərinin altından fərqli bir şey çıxdı

Bazar günü keçirilən seçkilərdən sonra aprelin 1-də paylaşım edən məşhur müğənni İbrahim Tatlısəs evləndiyini açıqlaması ilə gündəm olmuşdu.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, evləndiyi xəbəri diqqətləri üzərinə çəkən sənətçi paylaşımında zarafat etdiyini bildirib.

Tatlısəs yeni paylaşımında xəbərin gerçək tərəfini açıqlayıb:

“Dostlar, mesajı göndərdiyim tarix nə 1, ay nə aprel... İkisinin cəmi nə olur? 1 aprel. Amma mən həqiqətən evləndim. İzmirdə özümə ev aldım. Yəni evləndim. Heç zarafat başa düşmürsünüz. İbrahim Tatlısəs evlənsə iki sətirlə yola verər?

Qeyd edək ki, Tatlısəs aprelin 1-də paylaşımında "Seçkidə uduzdum və evlənirəm. Eşitdik, eşitmədik deməyin. Bütün subaylara salam olsun, mən evlənirəm” demişdi.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin