Bu ölkə Almaniyanı "fil" ilə təhdid etdi: “Zarafat deyil”

14:10 - 3 Aprel 2024

Bu ölkə Almaniyanı

Afrika ölkəsi Botsvana fil ovunun qarşısını almağa çalışan və qadağalar qoyan Almaniyanı 20 min fil göndərməklə hədələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Botsvana prezident Mokgvetsi Masisi, Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının artdığına diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu bildirib.

Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edib və vurğulayıb ki, Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır.

Masisi Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladıb.

Həmçinin, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini ifadə edib. Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Əfsanə Rəcəb

Manşet.az  


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin