Bu 2 dövlət təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzaladı

15:53 - 3 Aprel 2024

Bu 2 dövlət təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzaladı

Finlandiya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubbın ofisindən verilən açıqlamada Ukraynaya səfəri zamanı prezident Vladimir Zelenski ilə iki ölkə arasında 10 illik təhlükəsizlik və uzunmüddətli dəstək sazişinin imzalandığı bildirilib.

Müqavilə siyasi dəstək, Ukraynanın müdafiəsi və təhlükəsizliyinə dəstək, Ukraynanın islahatları və yenidən qurulmasına dəstək kimi bir sıra məsələləri əhatə edir.

Stubbın ofisinin bəyanatında deyilir:

"10 illik müqavilə Finlandiyanın Ukraynanı dəstəkləmək üçün uzunmüddətli öhdəliklərinin sübutudur".

Stubb, həmçinin, Zelenskiyə Finlandiyanın təxminən 188 milyon avro dəyərində daha bir müdafiə materialı paketi göndərəcəyini və Finlandiyanın 2022-ci ildən bəri ümumi töhfəsinin təxminən 2 milyard avroya çatacağını bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin