Güclü küləklə bağlı əhaliyə müraciət edildi

16:52 - 3 Aprel 2024

Güclü küləklə bağlı əhaliyə müraciət edildi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-ü gün ərzində hava şəraitinin dəyişərək güclü külək əsəcəyi və yağıntılı olacağı proqnozlaşdırılır.

 

Manset.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin