ABŞ-da “Scream” filmi gerçək oldu: “Filmdəki kimi geyinib qonşusunu kəsdi”

17:18 - 3 Aprel 2024

ABŞ-da “Scream” filmi gerçək oldu: “Filmdəki kimi geyinib qonşusunu kəsdi”

Məşhur qorxu filmlərindən biri olan “Scream” gerçəkləşib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da yaşayan 30 yaşlı kişinin “Scream” filmindəki seri qatil kimi geyinərək qonşusunu mişarla öldürməsi ölkəni şoka salıb.

Beləki, Pensilvaniyada yaşayan 30 yaşlı Zak Moyer bir müddət əvvəl mübahisə etdiyi 59 yaşlı qonşusu Edvard Uaytxed Junioru çoxsaylı bıçaq yaraları və zəncirli mişarla qətlə yetirib.

Amerika mətbuatında çıxan xəbərlərdə Moyer qonşusunu öldürdükdən sonra evə gedərək polisi gözləyərkən filmə baxmağa davam edib.

Digər tərəfdən ABŞ polisi bir il əvvəl öldürülən qadın və uşağın ölümündə Moyerin əli ola biləcəyini açıqlayıb. Polis hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin