NATO Xarici İşlər Nazirlərinin Toplantısı başlayıb

17:44 - 3 Aprel 2024

NATO Xarici İşlər Nazirlərinin Toplantısı başlayıb

NATO ölkələrinin xarici işlər nazirləri iyulda keçiriləcək sammitə hazırlıq, davamlılığı və Ukraynaya yardımın artırılmasını təmin etmək və Alyansın 75-ci ildönümünü qeyd etmək üçün Brüsseldə bir araya gəlib.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəkkeçirilən ilin ilk Xarici İşlər Nazirləri Toplantısının açılışında çıxış edib.

İsveçin üzv kimi iştirak etdiyi ilk iclas olduğunu qeyd edən Stoltenberq, əsas gündəmin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlıqla bağlı olacağını bildirib.

Stoltenberq, "Bu zirvə müdafiə şərtlərini gücləndirmək və ədalətli yük bölgüsünü təmin etmək üçün işimizi davam etdirəcək. Bu, Ukraynaya dəstəyimizi gücləndirəcək və Asiya-Sakit Okean, eləcə də Avropa İttifaqı (Aİ) üzrə tərəfdaşlarımızla əməkdaşlığımızı dərinləşdirəcək" deyib.

NATO-nun baş katibi qeyd edib ki, müttəfiqlər Alyansın cənubunda, Yaxın Şərqdə qeyri-sabitliyin necə həll olunacağını da müzakirə edəcəklər. 

İki gün davam edəcək görüş mətbuata qapalı olacaq.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin