Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib

19:04 - 3 Aprel 2024

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib

Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin