Zelenski daha bir ölkə ilə saziş İMZALADI

19:08 - 3 Aprel 2024

Zelenski daha bir ölkə ilə saziş İMZALADI

Ukrayna və Finlandiya prezidentləri Volodimir Zelenski və Aleksandr Stubb iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin uzunmüddətli dəstək haqqında saziş imzalayıblar.

 

Manset.az xəbər verir ki, Finlandiya Prezidenti Ukraynada səfərdədir və Kiyevdə V.Zelenski ilə görüşüb.

“Bu səfər Finlandiya tərəfindən Ukraynaya güclü və davamlı dəstəyi nümayiş etdirir”, - deyə məlumatda qeyd olunur.

Görüş zamanı prezidentlər xüsusilə Rusiya ilə müharibədəki mövcud vəziyyəti, Finlandiyanın Ukraynaya dəstəyini, Kiyevin ədalətli və davamlı sülhə nail olmaq səylərini müzakirə ediblər.

 Sonda dövlət başçıları Finlandiya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıblar.

“Onillik saziş Finlandiyanın Ukraynaya dəstək üzrə uzunmüddətli öhdəliklərinin təsdiqidir. Bu, siyasi dəstək, Ukraynanın müdafiə və təhlükəsizliyinə yardım, habelə Ukraynanın islahatlarına və bərpasına kömək daxil olmaqla, bir neçə sahəni əhatə edir”, - deyə məlumatda vurğulanır.

V. Zelenski təhlükəsizlik zəmanəti sazişinin Rusiyaya qarşı mübarizədə Finlandiyanın Ukraynanı bundan sonra da dəstəkləməyə hazır olduğunu təsdiqləyən “güclü sənəd” olduğunu vurğulayıb.

“Finlandiya ölkəmizə uzunmüddətli hərbi və maliyyə yardımı göstərəcək, həmçinin Ukrayna ilə siyasi, maliyyə, humanitar və islahatlar sahələrində əməkdaşlığı dərinləşdirəcək” – deyə o bildirib.

Prezident vurğulayıb ki, Finlandiya Ukraynaya enerji sektorunun bərpasına, ekoloji ziyanın qiymətləndirilməsinə, sərhədin və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə, eyni zamanda, Ukrayna hərbçilərinin müalicəsinə kömək edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin