Küləkli hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ

09:19 - 4 Aprel 2024

Küləkli hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ

“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

Bunu Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 m/s-yə çatacağı gözlənilir: 

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil.

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin