“Yasak Elma”nın aktrisası ana oldu

20:51 - 4 Aprel 2024

“Yasak Elma”nın aktrisası ana oldu

Türkiyənin məşhur aktrisası Eda Ece və Buğraha Tuncer cütlüyünün bu gün qız övladı doğulub. 

 

 Manset.az xəbər verir ki, bu barədə Qalatasaray Basketbol Komandası rəsmi İnstaqram hesabından paylaşım edib.

Paylaşımda, "Dəyərli oyunçumuz Buğrahan Tuncerin qızı Mina İpek və onun bu gün dünyaya göz açan sevimli həyat yoldaşı Eda Ece Tuncerə uzun ömür can sağlığı və xoşbəxtlik dolu ömür arzu edirik. Və Tuncer Ailəsini ürəkdən təbrik edirik.Qalatasaray "Ailəmizə xoş gəlmisiniz, Mina İpek Tuncer." 

Bildirək ki, Eda Ece hamiləliyi boyunca həyəcanını və xoşbəxtliyini sosial media hesablarında izləyiciləri ilə bölüşüb. Toydan qısa müddət sonra körpə gözlədiyini açıqlayan məşhur aktrisa bu prosesdə yaşadıqlarını, hisslərini və anlarını tez-tez sevdikləri ilə bölüşüb. Eda Ece daha əvvəl yeni nəsil adlarına həvəsli olmadığını bildirmişdi. Lakin qızlarına seçdikləri adla həm müasir, həm də ənənəvi seçim ediblər.

Jalə

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin