Hakimdən şok qərar - İrqçiliyə məruz qalan futbolçunu meydandan qovdu

20:59 - 4 Aprel 2024

Hakimdən şok qərar - İrqçiliyə məruz qalan futbolçunu meydandan qovdu

İspaniya Üçüncü Liqasında baş hakim oyun zamanı meydanı tərk edərək, ona qarşı irqçilik etdiyi iddia edilən azarkeşlərə yaxınlaşan "Rayo Majadahonda"nın qapıçısı Şeyx Sarrı meydandan qovub.


Manset.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

"Onların dedikləri çox kədərli və çirkin idi. Fanatdan tutdum və məni niyə təhqir etdiyini soruşdum. Münasibətim aqressiv deyildi, sadəcə ondan bunun səbəbini soruşmaq istədim", deyə Sarr bildirib.

Lakin hadisə ona baha başa gəlib. Qarşılaşmanın baş hakimi bunu futbolçuya bağışlamayıb və qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid"in və Braziliya millisinin hücumçusu Vinisius Junior mətbuat konfransında jurnalistin ona qarşı irqçiliklə bağlı sual verdiyi zaman göz yaşlarına boğulub.

Jalə

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin