Qərb Qafqazda razılaşmaları pozmağa çalışır - Lavrov

01:02 - 13 Aprel 2024

Qərb Qafqazda razılaşmaları pozmağa çalışır - Lavrov

Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır.

 

Manset.az  axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"ABŞ və əlaltıları Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların reallaşdırılmasını istəmirlər", - Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Qərb həmçinin, aktiv şəkildə Mərkəzi Asiyaya daxil olmağa çalışır:

"Onlar açıq-aşkar Rusiya Federasiyasını hədəfləyən müxtəlif formatlar yaradır. Strateji planda Qərbin xətti uğursuzluğa məhkumdur".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin