Rusiya qitələrarası ballistik raketini sınaqdan keçirdi

22:43 - 12 Aprel 2024

Rusiya qitələrarası ballistik raketini sınaqdan keçirdi

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Strateji Raket Qüvvələrinin döyüş heyəti Həştərxan vilayətindəki 4-cü poliqondan mobil yerüstü raket sisteminin qitələrarası ballistik raketini uğurla buraxıb.

Qeyd olunub ki, əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin