Bir il öncə ata olmuşdu... - 83 yaşlı dizayner vəfat etdi

23:00 - 12 Aprel 2024

Bir il öncə ata olmuşdu... - 83 yaşlı dizayner vəfat etdi

İtalyan modelyer Roberto Kavalli 83 yaşında vəfat edib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, dizaynerin uzun müddətli xəstəlikdən vəfat etdiyi açıqlanıb.

Xatırladaq ki, "Roberto Cavalli" brendinin yaradıcısı bir il öncə altıncı dəfə ata olmuşdu.

Ötən ilin mart ayında Roberto Kavalli və onun gənc sevgilisi, 37 yaşlı isveçli model Sandra Nilssonun oğlu dünyaya gəlib. Cütlük modelyerin atasının şərəfinə oğullarına Corcio adını qoyub.

Roberto Kavallinin daha 5 övladı var. Modelyer iki dəfə evlənib, birinci dəfə Silvanella Cinnoni, ikinci dəfə Yeva Düringerlə. Birinci nikahdan bir qızı Kristian və bir oğlu Tomaso, ikincidən isə bir qızı Rakele, oğulları Daniele və Robert dünyaya gəlib.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin