Yaşayış binasında yanğın - 2 nəfər təxliyə olundu

09:09 - 13 Aprel 2024

Yaşayış binasında yanğın - 2 nəfər təxliyə olundu

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin