“Regionda sabitliyin təmin edilməsinin vaxtı çatıb” - Delfin Pronk (FOTO)

09:35 - 13 Aprel 2024

“Regionda sabitliyin təmin edilməsinin vaxtı çatıb” - Delfin Pronk (FOTO)

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb.

 

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə yazıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb:

 

“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.

 

Xatırladaq ki, Hikmət Hacıyev Aİ-yə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

 

Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin