Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı azalıb

08:00 - 14 Aprel 2024

Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı azalıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 204 milyon dollara bərabər olub.

 

Manset.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə ABŞ-a 65,7 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,6 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin