“Azərbaycanda sosial şəbəkələr bağlansın” - VİDEO

00:44 - 14 Aprel 2024

“Azərbaycanda sosial şəbəkələr bağlansın” - VİDEO

“Sosial şəbəkələrdən xeyir tapan da var. Kimsə işini itiribsə, iş tapa, xəstədirsə, müalicə oluna bilər. Amma daha çoxu mənəviyyatsızlıq, əxlaqsızlıq və tərbiyəsizlik mövcuddur. Əfsuslar olsun ki, izləyən də, şərh yazan da belədir. O cümlədən yumor da bayağılaşır”.

 

Manset.az xəbər verir ki, bu sözləri “Bu şəhərdə” estrada teatrının ssenaristi, prodüser Müşfiq Abbasov qonaq olduğu “Günə son” verilişində deyib.

Müşfiq bildirib ki, Azərbaycanda sosial şəbəkə platformaları birmənalı olaraq bağlanmalıdır:

“Sosial şəbəkələrin bayağılığına rəqabətdə uduzuruq. Üstümüzə elə kütlə ilə gəlir ki, məğlub oluruq. Sosial şəbəkələr ümumiyyətlə bağlanmalıdır. Mən də bağlanmağının tərəfdarıyam. Çox istəyərdim ki, Azərbaycanda sosial şəbəkə bağlansın. Heç olmasa, bütün günü 90 faiz bağlansın. Hamısını demirəm.
Əfsuslar olsun ki, bizdə birinci yerdə “Tiktok” video platformasıdır.” Facebook”, “Teleqram” və “Tvitter” (X) intellektli insanların platformalarıdır. İntellekti olmayan insanlar “Tiktok”dadır. Bu mənim şəxsi fikrimdir. Orada ciddi olan insanın izləyici sayı min və ya üç mindir. Sizcə, “Tiktok”da 100 min izləyicisi olanın səviyyəsi var?” (Bizim.Media)


Xəbər xətti

25 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin