Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

17:54 - 13 Aprel 2024

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

 

Manset.az FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin