Yuxusuzluğa çarə: Tez və sağlam yatmağınıza kömək edəcək məhsul

19:12 - 13 Aprel 2024

Yuxusuzluğa çarə: Tez və sağlam yatmağınıza kömək edəcək məhsul

Bir çox insan yuxusuzluq səbəbindən kifayət qədər yata bilmir. Lakin alimlər müəyyən ediblər ki, yatmazdan əvvəl bir neçə dilim pendir yesəniz, bu, rekord müddətdə yuxuya getməyə kömək edəcək.

 

Manset.az  "HealthDigest"ə istinadən xəbər verir ki, 2023-cü ildə aparılan araşdırmaya görə, yuxunu yaxşılaşdıran serotonin və melatonin hormonlarının istehsalını dəstəkləyən amin turşusu olan triptofan yuxusuzluqla mübarizə aparmağa kömək edir. Hinduşkanın triptofanın əsas mənbəyi olduğu düşünülsə də, süd məhsulları, xüsusilə sərt pendirlərdə bu vacib amin turşusu zəngindir.

Eyni zamanda, mütəxəssislər çedar pendirinə (Çedar - pendir növüdür. Adı İngiltərədəki Çedar şəhərindən gəlir) üstünlük verməyə çağırır - bu, nəinki çox dadlıdır, həm də, məsələn, hinduşka ilə müqayisədə 60% daha çox triptofan ehtiva edir. Və triptofan, serotonin və melatonin istehsalının artması səbəbindən daha çox yuxu hiss edirik.

"British Cheese Council" tərəfindən aparılan sorğu göstərib ki, yatmazdan əvvəl təxminən 80 qram pendir yedikdən sonra iştirakçıların 75%-i tez və sağlam yuxuya getməyi bacarıb.

Əgər çedarı sevmirsinizsə, yuxuya kömək edən çoxlu başqa pendirlər də var. Kəsmik belə seçimlərdən biridir, çünki tərkibindəki zülal da triptofan istehsalına kömək edir. Həmçinin, məsələn, mozzarella pendiri hinduşka ilə müqayisədə təxminən iki dəfə çox triptofan ehtiva edir.

Bununla belə, triptofan pendirdə yuxuya kömək edə bilən yeganə birləşmə deyil. Dietoloqların fikrincə, pendirdə kalsium, maqnezium və kalium var ki, bunlar əzələ kramplarını azaltmaq və sağlam qan təzyiqini saxlamaq üçün vacibdir və eyni zamanda yuxuya getməyə kömək edə bilər. ///Qaynarinfo

 


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin