Kürdəmirdə dəhşət- 1 ölü, 2 yaralı

20:40 - 13 Aprel 2024

Kürdəmirdə dəhşət- 1 ölü, 2 yaralı

Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, dəhşətli yol qəzası Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub .Qəza nəticəsində sürülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb.

Xəsarət alan digər sürücü və sərnişinlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin