Nicat Abasov bu gün növbəti sınağına çıxır

11:02 - 14 Aprel 2024

Nicat Abasov bu gün növbəti sınağına çıxır

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

 

Manset.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.

Qeyd edək ki, N. Abasov hazırda 2.5 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Karuana isə vahid beşinci sıradadır.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin