Yollarda görünüş məsafəsi məhdudlaşacaq

13:03 - 14 Aprel 2024

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

Xidmətdən Manset.az-a bildirilib ki, aprelin 15-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin