Emin Əmrullayev təbrik paylaşımı: “Azərbaycana zəfər yaraşır!”

20:54 - 14 Aprel 2024

Emin Əmrullayev təbrik paylaşımı: “Azərbaycana zəfər yaraşır!”

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev basketbolun 3x3 növü üzrə tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət yığmasını təbrik edib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

Federasiya rəhbəri bildirib ki, Azərbaycana zəfər yaraşır: “Paris-2024 Yay Olimpiya Oyunlarında dünya ölkələrini 3x3 basketbol üzrə 8 komanda təmsil edəcək. Onlardan biri də doğma Azərbaycandır. Hər birinizi bu tarixi uğur münasibətilə təbrik edirəm! Azərbaycana zəfər yaraşır!”.

Qeyd edək ki, Azərbaycan ilk dəfə komanda idman növlərində Olimpiadada təmsil olunacaq.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin