Tanzaniyada leysan yağışlarında 50-dən çox insan öldü

21:24 - 14 Aprel 2024

Tanzaniyada leysan yağışlarında 50-dən çox insan öldü

Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.

“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, - deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib.

Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrini vurub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin