"Qarabağ" "Sabah"a məğlub oldu

21:49 - 14 Aprel 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına yekun vurulub.

 

Manset.az xəbər verir ki, sürpriz nəticənin qeydə alındığı günün son matçında "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri çempionluğu daha əvvəldən rəsmiləşdirən Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. Bakı klubunun heyətində müvafiq olaraq Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqləniblər. Qonaq komandanın qollarını isə Leandro Andrade və Nəriman Axundzadə vurub.

Qeyd edək ki, turun digər görüşlərində "Sumqayıt" "Zirə" ilə bərabərə qalıb - 0:0. "Turan Tovuz" "Qəbələ"ni 2:1, "Neftçi" isə "Araz Naxçıvan"ı 3:0 məğlub edib. "Səbail" - "Kəpəz" oyununda 3:3 hesabı qeydə alınıb.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin