ABŞ MİT rəisindən İsrail-İran arasındakı gərginlikdə vasitəçi olmasını istəyib

22:03 - 14 Aprel 2024

ABŞ MİT rəisindən İsrail-İran arasındakı gərginlikdə vasitəçi olmasını istəyib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, Amerika kəşfiyyatının başçısı bayram günü türkiyəli həmkarına zəng edərək ondan “İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib”.

Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Kalın telefon danışığından sonra HƏMAS nümayəndələri ilə təmasda olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin